ABŞ-ın 35-ci prezidenti Con F. Kennedinin nəvəsi Tatyana Şlossberq nadir rast gəlinən leykoz xəstəliyindən vəfat edib. Ailə üzvlərinin açıqlamasına görə, o, çərşənbə axşamı günü dünyasını dəyişib. 35 yaşlı Şlossberqin ölümü Con F. Kennedi Prezident Kitabxanası və Muzeyinin sosial şəbəkə hesabında yayımlanan paylaşımda təsdiqlənib.
“Gözəl Tatyana bu səhər həyatını itirdi. O, daim qəlbimizdə yaşayacaq,” – deyə ailə üzvləri bildiriblər.
Tatyana Şlossberq iqlim dəyişikliyi və ətraf mühit mövzularında yazıları ilə tanınan jurnalist idi. O, ABŞ-ın keçmiş diplomatı Karolin Kennedinin və dizayner-rəssam Edvin Şlossberqin ikinci övladı idi.
Şlossberq noyabr ayında “The New Yorker” jurnalında dərc olunan məqaləsində ona nadir mutasiyalı kəskin mieloid leykoz – qan və sümük iliyini zədələyən ağır xərçəng xəstəliyi diaqnozu qoyulduğunu açıqlamışdı.
Həmin yazıda o, həmçinin əmisi oğlu, ABŞ-ın səhiyyə naziri Robert F. Kennedi-kiçiyi peyvəndlərə skeptik yanaşmasına və xərçəng araşdırmaları üçün maliyyənin azaldılmasına görə tənqid etmişdi.
Tatyana Şlossberqin vəfatı Kennedi ailəsi və ABŞ ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.