Suriya yeni milli pul vahidini dövriyyəyə buraxacaq

Suriya Mərkəzi Bankı yeni milli pul vahidinin dövriyyəyə buraxılacağını elan edib. Yeni valyuta ölkədə iqtisadi sabitlik və maliyyə suverenliyinin gücləndirilməsi üçün atılan mühüm addım hesab olunur. Ətraflı məlumat 28 dekabrda açıqlanacaq.

178

Suriya Mərkəzi Bankının sədri Abdülkadir el‑Hasriya sosial media hesabında paylaşımla ölkədə yeni milli pul vahidinin dövriyyəyə buraxılacağını açıqlayıb. Bu qərar, 2025‑ci il tarixli 293 nömrəli qərarnamə ilə təsdiqlənib və yaxın günlərdə icra edilməyə başlanacaq.

Hasriya bildirib ki, yeni pul vahidi Suriya üçün yeni iqtisadi və pul‑maliyyə dövrünün başlanğıcını təmsil edir və bu, ölkənin maliyyə suverenliyi ilə bağlı mühüm bir dönüş nöqtəsidir. O qeyd edib ki, bu addım milli stabilləşməyə və iqtisadi inkişaf üçün etibarlı zəmin yaratmağa xidmət edəcək.

Yeni pul vahidinə dair ətraflı məlumatın 28 dekabr tarixində keçiriləcək rəsmi tədbirdə açıqlanacağı bildirilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.