Qeyri-adi toy: Yaponiyada süni intellektlə evlilik

Yaponiyada bir qadın süni intellektlə, başqa bir qadın manqa personajı ilə evləndi. Hüquqi baxımdan tanınmayan bu nikahlar müzakirələrə səbəb olub.

87

Yaponiyada keçirilən qeyri-adi toy mərasimi ictimaiyyətdə geniş maraq doğurub. 32 yaşlı Yurina Noquçi süni intellekt vasitəsilə yaradılmış Klaus adlı virtual obrazla evlənərək hər kəsi təəccübləndirib. Mütəxəssislər bildirirlər ki, bu cür birliklər hüquqi baxımdan rəsmi nikah hesab edilmir.

Məlumata görə, Noquçinin toy mərasimi virtual reallıq (VR) eynəyi vasitəsilə baş tutub. Mərasim zamanı süni intellekt əsasında yaradılmış bəy Klaus Noquçiyə simvolik olaraq üzük taxıb. Toy sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Yurina Noquçi

Oxşar hadisə yenə Yaponiyada qeydə alınıb. Adının açıqlanmasını istəməyən, lakin “Reuters” agentliyinin toyuna qatılmasına icazə verən 33 yaşlı avstraliyalı qadın Tokionun şimalında yerləşən ənənəvi məkanda “Mephisto Pheles” adlı yapon manqa personajı ilə evlənib. Qadın personajın kartondan hazırlanmış maketini mərasimə gətirərək simvolik nikah mərasimi keçirib.

Manqa personajı ilə evlənən avstraliyalı qadın

Mütəxəssislər vurğulayırlar ki, süni intellekt və ya uydurma personajlarla bağlanan bu cür nikahlar Yaponiya qanunvericiliyinə əsasən hüquqi qüvvəyə malik deyil və rəsmi evlilik statusu daşımır. Bununla belə, bu hadisələr texnologiyanın insan münasibətlərinə təsiri və müasir cəmiyyətlərdə ailə anlayışının dəyişməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.