Sabunçuda qətl: Oğul atasını qətlə yetirdi

Sabunçu rayonunda ailədaxili münaqişə zamanı 18 yaşlı gənc atasını bıçaqlayaraq qətlə yetirib. Şübhəli şəxs polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

266

Sabunçu rayonunda ailədaxili münaqişə faciə ilə nəticələnib. Hadisə dekabrın 11-i axşam saatlarında yaşanıb. Məlumata görə, 2006-cı il təvəllüdlü Ayxan Vəlizadə yaşadıqları evdə atası – 1981-ci il təvəllüdlü İftixar Vəlizadə ilə mübahisə edib. Münaqişə zamanı oğul atasına kəsici alətlə xəsarət yetirib.

İftixar Vəlizadə aldığı ağır xəsarətlər səbəbilə hadisə yerində həyatını itirib. Daxili İşlər Nazirliyindən bildirilib ki, qətli törətməkdə şübhəli bilinən Ayxan Vəlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031