Yeni il üçün Azərbaycanın otellərində bayram paketləri – Qiymətlər və xidmətlər

Yeni ili ölkə daxilində qarşılayacaq turistlər üçün Azərbaycanın məşhur otelləri xüsusi bayram paketlərini təqdim edir. Qiymətlər 330 AZN-dən başlayır və 2 gecə 3 gün paketlər, qidalanma, əyləncə proqramı və gala gecəsini əhatə edir.

151

Yeni ili ölkə daxilində qarşılayacaq turistlər üçün Azərbaycanın məşhur istirahət mərkəzləri artıq xüsusi bayram paketlərini elan edib. Qiymətlər regiondan, otelin səviyyəsindən və təqdim olunan xidmətlərin çeşidindən asılı olaraq dəyişir.

  • Lankaran Springs (Lənkəran) – 2 gecə 3 gün, 3 dəfə qidalanma və əlavə xidmətlər, 2 nəfər üçün 1500 AZN.

  • Qafqaz Riverside (Qəbələ) – 2 gecə 3 gün, səhər–axşam yeməyi, 1595 AZN.

  • Shamakhi Palace (Şamaxı) – 2 gecə 3 gün, 3 dəfə qidalanma, 1980 AZN.

  • Quba Palace (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma, 1900–2400 AZN.

  • Macara Lake Park (Quba) – 2 gecə 3 gün, 3 dəfə qidalanma, 1590–2150 AZN.

  • Marxal Resort & Spa (Şəki) – 2 gecə 3 gün, səhər–axşam yeməyi, 840–1960 AZN.

  • Basqal Resort & Spa (İsmayıllı) – 2 gecə 3 gün, səhər–axşam yeməyi, 1860–2000 AZN.

  • Qafqaz Tufandağ Hotel (Qəbələ) – 2 gecə 3 gün, səhər yeməyi, 1699 AZN-dən başlayır.

  • Gabala Garden Hotel (Qəbələ) – 2 gecə 3 gün, səhər yeməyi və bayram proqramı, 966 AZN.

  • Shabran Wellbeing Resort (Şabran) – 2 gecə 3 gün, səhər və axşam yeməyi, gala gecəsi və əyləncə proqramı, 1620 AZN-dən başlayır.

  • Fairmont Baku Flame Towers (Bakı) – fərqli kateqoriyalı otaqlarda lüks bayram paketləri, qiymətlər fərdi olaraq müəyyən edilir.

  • Qubek Hotel (Balakən) – 4 gecə 5 gün, gündə 3 dəfə yemək və bayram proqramı, bir nəfər üçün təqribən 330 AZN.

Qeyd olunur ki, qiymətlər adətən 2 gecə 3 günlük paketlər üçün nəzərdə tutulub və 2 nəfər üçün hesablanıb. Paketlərə qidalanma, əyləncə proqramı, gala gecəsi və əlavə xidmətlər daxildir.