Britaniyanın məşhur yazıçısı Sofi Kinsella vəfat edib

Bestseller yazıçısı Sofi Kinsella 55 yaşında dünyasını dəyişdi. “Shopaholic” roman seriyası ilə tanınan yazıçıya 2022-ci ildə ağır beyin xərçəngi diaqnozu qoyulmuşdu.

82

Britaniyanın bestseller qadın yazıçısı Sofi Kinsella 55 yaşında dünyasını dəyişib. Bu barədə MS-News.az xarici KİV-ə istinadən məlumat verir.

Yazıçıya 2022-ci ildə qlioblastoma — ağır beyin xərçəngi diaqnozu qoyulmuşdu, lakin xəstəliyi barədə məlumat yalnız 2024-cü ildə ictimaiyyətə açıqlanmışdı.

Sofi Kinsella, “Shopaholic” (“Şopinq alüdəçisi”) romanlar seriyası ilə geniş tanınırdı. Onun kitablarının dünya üzrə təxminən 45 milyon nüsxəsi satılıb.

Əvvəlcə ciddi janrda əsərlərini doğma adı Madelin Uikam ilə çap etdirən yazıçı, daha sonra komediya janrına keçid edərək Sofi Kinsella təxəllüsünü seçmişdi.

Sofi Kinsella öz əsərləri ilə milyonlarla oxucunun həyatına gülüş və ilham gətirmiş, müasir ədəbiyyatın simalarından birinə çevrilmişdi.