50-dən çox işçisi olan müəssisələrdə əməyin mühafizəsi mühəndisi məcburi olur

Əmək Məcəlləsinə dəyişikliklərə görə, 50-dən çox işçi çalışdıran fiziki işəgötürənlər əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis etməlidir. 50-dən az işçisi olan müəssisələrdə funksiyanı müvafiq biliyi olan işçi və ya ayrıca mütəxəssis icra edəcək.

172

50-dən çox işçisi olan müəssisələrdə əməyin mühafizəsi mühəndisi vəzifəsi məcburi olacaq

Azərbaycanda fiziki şəxs olan işəgötürənlərin yaratdığı və işçi sayı 50 nəfəri keçən iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək. Bu dəyişiklik Əmək Məcəlləsinə edilən yeni təkliflərdə öz əksini tapıb. Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Təklifə əsasən, işçi sayı 50 nəfərdən az olan müəssisələrdə əməyin mühafizəsi tədbirləri mövcud heyət hesabına təşkil oluna bilər. Bu halda müvafiq biliyə malik işçilərdən biri razılığı əsasında əmək funksiyasına əməyin mühafizəsi üzrə məsuliyyət əlavə etməklə bu işi icra edə biləcək. Bu imkan olmadıqda isə işəgötürən ayrıca əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis etməlidir.

Yeni qaydalar iş yerlərində təhlükəsizliyin gücləndirilməsi, risklərin azaldılması və əmək qanunvericiliyinə uyğun monitorinqin təmin edilməsinə yönəlib.