Paşinyanın keçmiş müttəfiqi ona qarşı partiya yarada bilər

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın Nikol Paşinyana qarşı yeni siyasi qüvvə yaratmağa hazırlaşdığı iddia olunur. “Hraparak”ın məlumatına görə, o, qərbyönümlü müxalifəti birləşdirməyi planlaşdırır.

32

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın Baş nazir Nikol Paşinyana qarşı yeni siyasi qüvvə formalaşdırmağa hazırlaşdığı iddia olunur. Məlumata görə, keçmiş yüksəkvəzifəli məmur qərbyönümlü müxalifət nümayəndələrini bir araya gətirərək hakimiyyətə alternativ siyasi hərəkat yaratmaq istəyir.

MSNews.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri siyasi dairələrdəki məlumatlara istinadən yazıb.

Nəşrin iddiasına əsasən, Armen Qriqoryanın Nikol Paşinyana qarşı narazılığı vəzifədən uzaqlaşdırıldıqdan sonra da davam edir.

Bildirilir ki, Qriqoryan yaxın çevrəsində Qərbin müəyyən dairələrinin onu Paşinyana mümkün alternativ kimi gördüyünü və vəzifədən çıxarılmasının bununla əlaqəli olduğunu düşündüyünü ifadə edib.

“Hraparak”ın əvvəlki məlumatına görə, Qriqoryanın ailə üzvləri də Paşinyanı keçmiş müttəfiqindən siyasi məqsədlər üçün istifadə etməkdə, daha sonra isə onu kənarlaşdırmaqda ittiham ediblər.

Erməni nəşri yazır ki, Qriqoryanın müxalifətə qoşulması və 2018-ci ildə Ermənistanda baş vermiş siyasi hadisələrdə fəal iştirak edən “Restart” hərəkatı ilə əməkdaşlıq etməsi ehtimal olunur.

İddialara görə, məqsəd qərbyönümlü siyasi qüvvələri birləşdirmək və Ermənistanın xarici siyasətinə dair yeni təşəbbüslərlə çıxış etməkdir.

Maraqlıdır ki, nəzərdə tutulan siyasi xətt Ermənistanın birbaşa Avropa İttifaqına üzvlüyünü deyil, Rusiyadan asılılığın azaldılmasını və xarici əlaqələrin şaxələndirilməsini əsas götürə bilər.

Qeyd edək ki, Qriqoryan son vaxtlar Ermənistanın Avropa İttifaqına inteqrasiya siyasətini də tənqid edib. O, Rusiyadan enerji və iqtisadi asılılıq nəzərə alınmadan atılan addımların ölkə üçün əlavə risklər yarada biləcəyini bildirib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.