Avropa İttifaqı  Rusiyaya qarşı maksimal tələblər siyahısı hazırlayıb

Avropa İttifaqı Rusiyaya qarşı maksimal tələblər siyahısı hazırlayıb. Kaya Kallas Moskvanın mövqeyini tənqid edərək sülh danışıqlarında Rusiyadan güzəştlər tələb olunduğunu bildirib.

57

Avropa İttifaqı Rusiyanın sülh danışıqlarında irəli sürdüyü şərtlərə cavab olaraq Moskvaya qarşı maksimal tələblər siyahısı hazırlayıb.

MSNews.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 16-da Brüsseldə xarici işlər nazirlərinin toplantısı ərəfəsində açıqlayıb.

Kallas bildirib ki, Avropa ölkələri Rusiyanın maksimal tələblərinə qarşı öz şərtlərini irəli sürmək niyyətindədir. Onun sözlərinə görə, Moskva avropalıların hələ heç bir təklif vermədiyini iddia edərək qarşı tərəfdən güzəştlər gözləyir.

“Ruslar gözlədiklərini, lakin avropalıların onlara heç nə təklif etmədiyini deyirlər. Bu, onların ənənəvi taktikasıdır. Nəticədə elə görünür ki, biz onlara nəsə təklif etməliyik. Halbuki müharibəni Rusiya başlayıb”, – deyə Kallas vurğulayıb.

Aİ rəsmisi Rusiyanın öz növbəsində güzəştlərə getməsinin vacibliyini bildirib. O, maksimal tələblər siyahısına Rusiya qoşunlarının yerləşdiyi digər ölkələrin ərazilərindən çıxarılmasının da daxil olduğunu təsdiqləyib.

Kallasın sözlərinə görə, Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün ilk növbədə atəşkəs təmin edilməli, daha sonra sülh sazişi üzrə danışıqlar aparılmalıdır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.