İlham Əliyev və Mehriban Əliyeva COP31 sammitində iştirak ediblər – Ərdoğandan Azərbaycana təşəkkür

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Antalyada COP31 Liderlər Sammitində iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycana əvvəlki COP sədrliyi təcrübəsini bölüşdüyünə görə təşəkkür edib.

12

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat yayımlanıb.

Dövlət başçısı sammitdə iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib. Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayıblar.

Digər dövlət və hökumət başçılarının da qarşılanmasından sonra sammit iştirakçıları birgə xatirə fotosu çəkdiriblər.

Bədii proqramla başlayan tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Avstraliyanın Baş naziri Entoni Albaniz, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Ərdoğan çıxışında Azərbaycan və Braziliyaya xüsusi təşəkkürünü bildirib. Türkiyə lideri hər iki ölkənin əvvəlki COP sədrlikləri dövründə qazandığı təcrübəni Türkiyə ilə bölüşməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, COP31 Liderlər Sammiti qlobal iqlim problemlərinin həlli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.