Ərdoğandan İlham Əliyevə məktub: “Bütün Türk dünyasının qürurudur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə Zəfər Gününün 6-cı ildönümü münasibətilə təbrik məktubu göndərib. Məktubda Azərbaycan-Türkiyə qardaşlığı və Cənubi Qafqazda sülh vurğulanıb.

38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə təbrik məktubu göndərib. Ərdoğan Azərbaycanın tarixi Qələbəsini bütün Türk dünyası üçün qürur mənbəyi adlandırıb.

MSNews.az xəbər verir ki, noyabrın 7-də Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan məktubda Türkiyə lideri İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

Ərdoğan Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış torpaqlarının azad edilməsini yüksək qiymətləndirərək bildirib:

“Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib”.

Türkiyə Prezidenti işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə irəliləməsindən məmnunluğunu ifadə edib.

O, Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənən “Bir millət, iki dövlət” prinsipinə toxunaraq Azərbaycan və Türkiyənin həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib.

Ərdoğan Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində görülən işlərə də diqqət çəkib. Onun sözlərinə görə, birgə səylər nəticəsində region artıq münaqişə və qeyri-sabitlik deyil, əməkdaşlıq və inkişaf məkanı kimi tanınır.

Məktubun sonunda Türkiyə lideri şəhidlərin xatirəsini ehtiramla anıb, qazilərə minnətdarlığını bildirib, Prezident İlham Əliyevə cansağlığı, Azərbaycan xalqına isə firavan və dinc gələcək arzulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.