ABŞ tarixində ilk dəfə qaradərili qadın qubernator seçildi

Demokrat Keyşa Lens Bottoms Corciya ştatında qubernator seçkilərində qalib gələrək ABŞ tarixində bu vəzifəyə seçilən ilk qaradərili qadın olub. O, respublikaçı Rik Ceksonu məğlub edib.

44

ABŞ-da noyabrın 3-də keçirilən seçkilərdə Demokratlar Partiyasının nümayəndəsi Keyşa Lens Bottoms Corciya ştatının qubernatoru seçilib. Bununla da o, ABŞ tarixində bu vəzifəyə seçilən ilk qaradərili qadın kimi tarixə düşüb.

MSNews.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Bottoms seçkilərdə respublikaçı milyarder Rik Ceksonu məğlub edib.

İlkin nəticələrə əsasən, Bottoms səslərin 54,3 faizini, Cekson isə 45,7 faizini toplayıb. Bununla da demokratlar Corciyada 1998-ci ildən bəri ilk dəfə qubernator seçkilərində qalib gəliblər.

56 yaşlı Bottoms 2018–2022-ci illərdə Atlanta şəhərinin meri olub, daha sonra keçmiş prezident Co Baydenin administrasiyasında müşavir vəzifəsində çalışıb.

Seçki kampaniyası zamanı o, minimum əməkhaqqının artırılması, səhiyyə xidmətlərinin genişləndirilməsi və yaşayış xərclərinin azaldılması kimi məsələlərə üstünlük verib.

Bottoms 2027-ci ilin yanvarında hazırkı respublikaçı qubernator Brayan Kempin yerinə vəzifəsinin icrasına başlayacaq.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.