Çexiya NATO qarşısındakı hərbi öhdəliklərin 70 faizini yerinə yetirmir

Çexiya hökuməti ordunun 2040-cı ilədək inkişaf konsepsiyasını təsdiqləyib. Prezident Petr Pavel sənədin NATO qarşısındakı öhdəlikləri tam yerinə yetirmək üçün kifayət etmədiyini bildirib.

47

Çexiya hökuməti ordunun 2040-cı ilədək inkişafını nəzərdə tutan yeni hərbi konsepsiyanı təsdiqləyib. Lakin sənədə əsasən, ölkə hazırda NATO-nun hərbi imkanlarla bağlı müəyyən etdiyi hədəflərin təxminən 70 faizini tam yerinə yetirmir.

MSNews.az xəbər verir ki, noyabrın 2-də təsdiqlənən sənəddə Çexiya ordusunun şəxsi heyət, silah-sursat və hərbi texnika çatışmazlığı ilə üzləşdiyi bildirilir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Konsepsiyaya görə, ordunun ən çox maliyyə tələb edən istiqamətlərdə inkişafı 5–10 il geri qalır. Mövcud çatışmazlıqlar Çexiyanın uzunmüddətli və yüksək intensivlikli hərbi qarşıdurmada iştirak imkanlarını məhdudlaşdırır.

Prezident Petr Pavel yeni strategiyanı tənqid edərək bildirib ki, sənəd indiki formada hətta 2040-cı ilədək NATO qarşısındakı öhdəliklərin tam yerinə yetirilməsini real şəkildə təmin etmir.

Yeni plana əsasən, 2030-cu ilədək peşəkar hərbçilərin sayı ən azı 32 minə, aktiv ehtiyat qüvvələrinin sayı isə 10 minə çatdırılmalıdır. Həmçinin hava hücumundan müdafiə, antidron sistemləri və hərbi texnikanın modernləşdirilməsi nəzərdə tutulur.

Baş nazir Andrej Babiş ordunun şəxsi heyətinin artırılmasını, hava və dron hücumlarından müdafiənin gücləndirilməsini prioritet adlandırıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.