Yunus Əmrənin itmiş əlyazması tapıldı – 9 yeni şeiri üzə çıxdı

Türk dünyasının böyük şairi Yunus Əmrənin uzun illər itmiş hesab edilən “Divan”ının yeni əlyazma nüsxəsi aşkar edilib. Əlyazmada 113-ü şairə aid edilən 125 şeir yer alır, onlardan 9-na əvvəlki nüsxələrdə rast gəlinməyib.

95

Türk dünyasının, o cümlədən Azərbaycanın ədəbi-mənəvi irsində mühüm yer tutan böyük şair və mütəfəkkir Yunus Əmrənin uzun illər itmiş hesab edilən “Divan”ının yeni əlyazma nüsxəsi aşkar edilib. Tapıntıda şairə aid edilən, əvvəllər məlum olmayan 9 şeir müəyyənləşdirilib.

MSNews.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı noyabrın 2-də məlumat yayıb.

Əlyazma professor Məhəmməd Fatih Köksal tərəfindən müəyyən edilib. Uzun müddət dağınıq vərəqlər şəklində qalan tarixi əsər professor Gülər Doğan Averbək və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən nəşrə hazırlanıb.

“Türk Yurdu nüsxəsi” adlandırılan əlyazmada ümumilikdə 125 şeir var. Onlardan 113-ü Yunus Əmrəyə, 12-si isə Aşıq Paşa, Səid Əmrə və Qayğısız Abdala aid edilir.

Tədqiqatçılar Yunus Əmrəyə aid edilən şeirlərdən 9-nun daha əvvəl məlum olan heç bir əlyazma nüsxəsində yer almadığını müəyyənləşdiriblər. Digər 104 şeir isə mövcud mətnlərin müqayisəli araşdırılması baxımından əhəmiyyət daşıyır.

Əlyazmanın izləri ilk dəfə 1966-cı ildə “Türk Yurdu” jurnalında dərc edilmiş müsahibə vasitəsilə üzə çıxıb. Həmin müsahibədə qədim kitab satıcısı Raif Yelkənci Yunus Əmrəyə aid dağınıq əlyazma vərəqlərindən bəhs edib.

Sonrakı araşdırmalar nəticəsində bu materiallar yenidən müəyyənləşdirilib. Professor Köksal 2025-ci ildə elmi məruzəsində əlyazmanın mövcudluğunu tədqiqatçılara təqdim edib.

Əlyazmanın Süleymaniyə Əlyazma Əsərlər Kitabxanasına çatdırılmasında qədim kitab satıcısı Mövlud Ceylanın da rolu olub. Tədqiqat qrupu əsəri kitab şəklində nəşrə hazırlayıb və onun yaxın vaxtlarda oxuculara təqdim edilməsi gözlənilir.

Yeni tapıntı Yunus Əmrənin yaradıcılığının, qədim türk dilinin və təsəvvüf ədəbiyyatının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şairin humanizm, sevgi və mənəvi birlik ideyaları Azərbaycan ədəbi-mədəni mühitində də tanınır.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.