ABŞ İranın Qeşm adasına hava zərbələri endirdi

ABŞ hərbi qüvvələri İranın Hörmüz boğazında yerləşən Qeşm adasına məhdud hava zərbələri endirib. İran mediası adada beş partlayışın baş verdiyini bildirir. Vaşinqton əməliyyatı müdafiə tədbiri kimi izah edir.

53

ABŞ hərbi qüvvələri İranın Hörmüz boğazında yerləşən Qeşm adasına hava zərbələri endirib. İranın dövlət xəbər agentliyi IRNA adada ardıcıl partlayışların baş verdiyini açıqlayıb. Amerikalı rəsmilər isə əməliyyatı məhdud müdafiə tədbiri kimi xarakterizə ediblər.

MSNews.az xəbər verir ki, hadisə noyabrın 2-də baş verib. Amerikanın “The Wall Street Journal” nəşri ABŞ rəsmilərinə istinadən Vaşinqtonun Qeşm adasındakı İran hədəflərinə zərbələr endirdiyini bildirib.

IRNA agentliyinin məlumatına görə, adada qısa fasilələrlə beş partlayış səsi eşidilib. Yerli sakinlər partlayışlardan əvvəl ada üzərində iki təyyarənin uçduğunu bildiriblər.

İran mediası yaxınlıqdakı Bəndər-Lenge liman şəhərində də partlayış səslərinin eşidildiyini yazıb.

“Reuters” agentliyinə danışan ABŞ rəsmilərindən biri zərbələrin İran qüvvələrinin Amerika hərbi vasitələrinə qarşı zenit raketlərindən istifadəsinə cavab olaraq həyata keçirildiyini bildirib.

Amerikanın “ABC News” telekanalının məlumatına görə, əməliyyatdan əvvəl İran qüvvələri ABŞ təyyarəsinə hücum edib. Amerikalı rəsmi zərbələrin genişmiqyaslı hərbi əməliyyatların bərpası anlamına gəlmədiyini vurğulayıb.

“The Wall Street Journal” yazır ki, ABŞ son həftələr ərzində İran ərazisində bir sıra məhdud hərbi əməliyyatlar həyata keçirib. Vaşinqton bu zərbələri Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı mümkün hücumların qarşısını almaq məqsədilə əsaslandırır.

Nəşrin məlumatına əsasən, əməliyyatların genişmiqyaslı müharibənin yenidən başladığı təəssüratını yaratmaması üçün əvvəlki zərbələr ictimaiyyətə açıqlanmayıb.

Hadisə ABŞ və İran arasında diplomatik razılaşma imkanlarının müzakirə olunduğu vaxta təsadüf edib. Prezident Donald Tramp noyabrın 2-də jurnalistlərə açıqlamasında Tehranla razılaşmanın mümkün olduğunu bildirib.

Hücum nəticəsində hansı obyektlərin məhv edildiyi və insan itkisinin olub-olmadığı barədə təsdiqlənmiş məlumat yoxdur. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisə ilə bağlı jurnalistlərin sorğularına cavab verməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.