Salvador Haitiyə minlərlə əsgər göndərdi

Salvador Prezidenti Nayib Bukele Haitiyə 2 mindən çox hərbçi göndərilməsini şərh edib. Prezident əməliyyatın məqsədinin itkin düşmüş dörd hərbçini xilas etmək olduğunu bildirib.

52

Salvador Prezidenti Nayib Bukele Haitiyə 2 mindən çox hərbçinin göndərilməsi ilə bağlı ölkə əhalisinə müraciət edərək əməliyyatın işğal məqsədi daşımadığını və əsas hədəfin silahlı dəstələrin hücumundan sonra itkin düşmüş dörd salvadorlu aviasiya mütəxəssisini xilas etmək olduğunu bildirib.

MSNews.az xəbər verir ki, Bukele Haiti xalqına ünvanladığı müraciətdə hərbi qüvvələrin və texnikanın yerləşdirilməsinin başa çatmaq üzrə olduğunu açıqlayıb. Prezident Salvadorun Haiti üzərində nəzarət qurmaq və ya ölkənin sərvətlərindən istifadə etmək niyyətində olmadığını vurğulayıb.

Bu barədə “Euronews” məlumat yayıb.

Əməliyyat oktyabrın 18-də Haitinin paytaxtı Port-o-Prens yaxınlığında silahlı dəstələrin beynəlxalq təhlükəsizlik missiyasının əməkdaşlarına hücumundan sonra başlayıb. Hücum nəticəsində dörd salvadorlu aviasiya mütəxəssisi itkin düşüb.

“Reuters”agentliyinin məlumatına görə, oktyabrın 28-nə qədər Haitiyə təxminən 2 min Salvador hərbçisi yerləşdirilib. Mənbələr hərbi kontingentin sayının ilkin mərhələdə 2 500 nəfərlə məhdudlaşdırılacağını bildiriblər. Kontingentin 5 min nəfəri keçəcəyi barədə məlumat isə təsdiqlənməyib.

Bukele əməliyyat xərclərinin 90 faizinin Salvadorun dövlət büdcəsi hesabına qarşılandığını, digər ölkələrdən isə məhdud logistika dəstəyi alındığını bildirib.

Prezident Salvadorun keçmişdə ağır cinayətkarlıq problemi ilə üzləşdiyini xatırladaraq Haiti xalqının yaşadığı çətinlikləri başa düşdüklərini vurğulayıb.

“Biz Haitiyə pul qazanmaq üçün gəlməmişik. Missiyamız başa çatdıqda evimizə qayıdacağıq”, – deyə Bukele bildirib.

Bununla belə, genişmiqyaslı hərbi yerləşdirmə əməliyyatın hüquqi çərçivəsi və mülki əhalinin təhlükəsizliyi ilə bağlı suallar yaradıb. “Anadolu Agentliyi” xəbər verir ki, Salvador hərbçilərinə qarşı mülki əhaliyə hücum ittihamları da irəli sürülüb. Bukele bu iddiaları rədd edib. İttihamlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.