Nikki Minaj Ağ Evin yeni mətbuat katibi olur?

ABŞ administrasiyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq məşhur reper Nikki Minajın Ağ Evin növbəti mətbuat katibi ola biləcəyinə zarafatla işarə edib. Paylaşım müğənninin Donald Trampla Miçiqan səfərindən sonra gündəmə gəlib.

58

ABŞ-ın məşhur reperi Nikki Minaj Ağ Evin növbəti mətbuat katibi vəzifəsi ilə bağlı müzakirələrin mərkəzinə düşüb. Prezident Donald Tramp administrasiyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq sosial şəbəkədə paylaşdığı videoda müğənninin bu vəzifəyə uyğun ola biləcəyinə zarafatla işarə edib.

MSNews.az xəbər verir ki, Çunq oktyabrın 25-də “X” sosial şəbəkəsində Nikki Minajla ABŞ prezidentinin təyyarəsi “Air Force One”da çəkilmiş qısa müsahibəsini yayımlayıb.

Paylaşımda o yazıb:

“Xanımlar və cənablar, düşünürəm ki, Ağ Evin yeni mətbuat katibini tapmış ola bilərik!”

Videoda Çunq müğənniyə ABŞ iqtisadiyyatı və Tramp administrasiyasının fəaliyyəti barədə suallar ünvanlayıb.

Minaj cavablarında Trampın xarici siyasətdə sərt mövqe nümayiş etdirdiyini, işinə ciddi yanaşdığını və özündən xeyli gənc insanlardan daha çox çalışdığını bildirib.

Müzakirələr müğənninin Donald Trampla birlikdə Miçiqan ştatına səfərindən sonra başlayıb.

Oktyabrın 25-də keçirilən siyasi tədbirdə Minaj Trampın siyasətini açıq şəkildə dəstəkləyib və Respublikaçılar Partiyasının namizədlərinə dəstək nümayiş etdirib.

Müğənni daha əvvəl də ABŞ prezidentinə rəğbətini ifadə etmişdi.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.