Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə telefon danışığında ikitərəfli münasibətləri müzakirə edib və Azərbaycan liderini Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə dəvət edib.

89
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Dövlət başçıları ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğan Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb.

Ərdoğan İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünə dəvət edib.

Bu barədə “Anadolu Agentliyi” də məlumat yayıb.

Prezident İlham Əliyev telefon zənginə və müstəqilliyin bərpasının ildönümü münasibətilə təbriklərə görə türkiyəli həmkarına təşəkkürünü bildirib.

Azərbaycan lideri iki ölkə arasında qardaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının XIII Zirvə Görüşünün oktyabrın 29-30-da Ankarada keçirilməsi nəzərdə tutulur.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.