Rusiyada lazer döyüşü rəsmi idman növü oldu

Rusiyada lazer döyüşü (lazertaq) rəsmi idman növü kimi tanınıb. Yeni qaydalar çərçivəsində yarışların rəsmi status alması və idmançılara dərəcələrin verilməsi üçün imkanlar yaradılıb.

83

Rusiyada lazer döyüşü kimi tanınan lazertaq rəsmi idman növü statusu qazanıb. Bununla bağlı qərar yarışların dövlət tərəfindən tanınan idman sistemi çərçivəsində təşkilinə, iştirakçılara idman dərəcələrinin verilməsinə və bu sahədə peşəkar idman fəaliyyətinin genişləndirilməsinə imkan yaradır.

MSNews.az xəbər verir ki, lazer döyüşünün idman növü kimi tanınması barədə qərar Rusiya İdman Nazirliyi tərəfindən qəbul edilib.

Əslində, lazer döyüşü Rusiyada ilk dəfə 2023-cü ildə rəsmi idman növü kimi tanınıb. 2026-cı ildə isə nazirliyin yeni qərarı ilə onun ümumrusiya səviyyəsində inkişaf etdirilməsi və yarış intizamlarının genişləndirilməsi istiqamətində əlavə addımlar atılıb.

Nazirliyin 11 iyun 2026-cı il tarixli 508 nömrəli əmrinə əsasən, lazer döyüşü üzrə üç yarış intizamı Ümumrusiya İdman Növləri Reyestrinə daxil edilib. Bunlar nəzarət məntəqələrinin ələ keçirilməsi, qarşılaşma döyüşü və taktiki lazer döyüşüdür.

Yeni hüquqi status lazer döyüşü üzrə yarışların vahid qaydalar əsasında keçirilməsinə şərait yaradır.

Bu idman növündə iştirakçılar xüsusi elektron avadanlıqlardan, infraqırmızı şüa ötürücülərindən və zərbələrin qeydə alınması üçün nəzərdə tutulmuş sensorlardan istifadə edirlər. Oyun zamanı iştirakçılar bir-birinə fiziki mərmi atmır. Rəqibin vurulması xüsusi sensorlar vasitəsilə müəyyən edilir.Lazertaq komanda strategiyası, çeviklik, sürətli qərarvermə və koordinasiya tələb edən idman fəaliyyəti hesab olunur.

İdmançılar rəsmi dərəcələr ala biləcəklər

Rusiya İdman Nazirliyinin qaydalarına əsasən, tanınmış idman növləri üzrə yarışlarda müvafiq normativləri yerinə yetirən iştirakçılara idman dərəcələri verilə bilər. Bu sistem lazer döyüşü idmançılarının da rəsmi yarış nəticələri əsasında dərəcə almaq imkanlarını genişləndirir. Bunun üçün yarışların təsdiqlənmiş qaydalara uyğun keçirilməsi və müəyyən edilmiş təsnifat tələblərinin yerinə yetirilməsi vacibdir.

Rusiyada lazer döyüşünün inkişafı ilə Lazer Doyüşü Federasiyası məşğul olur.

Federasiya regional və ümumrusiya səviyyəsində yarışların təşkilində, hakimlərin hazırlanmasında və idmançıların peşəkar inkişafında iştirak edir. Rusiya İdman Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, lazer döyüşü üzrə ümumrusiya yarışlarında 100-dən çox komanda iştirak edib.

Yeni qərarların ölkədə texnologiyaya əsaslanan idman növlərinin inkişafına əlavə təkan verəcəyi gözlənilir.

Qeyd edək ki, lazer döyüşünün rəsmi tanınması yeni baş verməyib. İdman növü 2023-cü ildə tanınıb, 2026-cı ildə isə onun hüquqi statusu və yarış intizamları genişləndirilib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.