Ermənistan sakinlərinin 64,4%-i Rusiya hərbi bazasının qalmasını istəyir

“Gallup International”ın Ermənistan nümayəndəliyinin sorğusuna görə, respondentlərin 64,4 faizi Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda bu və ya digər formada saxlanılmasını dəstəkləyib. 28,9 faiz isə bazanın ölkədən çıxarılmasının tərəfdarıdır.

11

Ermənistanda keçirilən yeni ictimai rəy sorğusuna əsasən, respondentlərin 64,4 faizi Rusiyanın 102-ci hərbi bazasının ölkədə bu və ya digər formada saxlanılmasının tərəfdarıdır. Sorğuda iştirak edənlərin 28,9 faizi isə bazanın Ermənistandan çıxarılmasını dəstəkləyib.

MSNews.az xəbər verir ki, sorğunu “Gallup International Association”ın Ermənistandakı tamhüquqlu üzvü olan MPG şirkəti sentyabrın 22–24-də keçirib. Telefon sorğusunda 1001 nəfər iştirak edib. MPG-nin rəsmi saytında araşdırmanın 102-ci Rusiya hərbi bazası da daxil olmaqla Ermənistanın siyasi və təhlükəsizlik məsələlərinə həsr olunduğu göstərilir.

Şirkətin rəhbəri Aram Navasardyanın açıqladığı nəticələrə görə, respondentlərin 39,7 faizi 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün lazım olduğunu bildirib.

Daha 24,7 faiz bazanın Ermənistanda qalmasını dəstəkləyib, lakin onun yerləşdirilməsi və fəaliyyət şərtlərinin yenidən nəzərdən keçirilməsini vacib sayıb. Beləliklə, iki mövqenin ümumi göstəricisi 64,4 faiz təşkil edir. Navasardyan bunu təxminən 65 faiz kimi xarakterizə edib.

Respondentlərin 28,9 faizi Rusiyanın 102-ci hərbi bazanı Ermənistandan çıxarmalı olduğunu bildirib. 6,8 faiz isə suala cavab verməkdə çətinlik çəkib.

Sorğu Rusiya hərbi bazasının gələcəyi ilə bağlı Yerevan və Moskvanın son açıqlamaları fonunda keçirilib. Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın əvvəlində bildirib ki, Yerevan bazanın çıxarılması məsələsini Rusiyanın qarşısında qaldırmayıb, lakin Moskva belə qərar verərsə, Ermənistan buna etiraz etməyəcək.

Rusiyanın 102-ci hərbi bazası Gümrüdə yerləşir. Ermənistan və Rusiya arasında mövcud razılaşmaya əsasən, bazanın ölkədə yerləşdirilməsi müddəti 2044-cü ilədək nəzərdə tutulub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti