Ermənistan sakinlərinin 64,4%-i Rusiya hərbi bazasının qalmasını istəyir

“Gallup International”ın Ermənistan nümayəndəliyinin sorğusuna görə, respondentlərin 64,4 faizi Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda bu və ya digər formada saxlanılmasını dəstəkləyib. 28,9 faiz isə bazanın ölkədən çıxarılmasının tərəfdarıdır.

Makronun reytinqi prezidentliyi dövrünün ən aşağı həddinə düşdü

“Ipsos BVA”nın yeni sorğusuna görə, Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətini müsbət qiymətləndirənlərin payı 16%-ə enib. Respondentlərin 81%-i isə onun fəaliyyətinə mənfi münasibət bildirib.