MSNews.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild ” nəşri məlumat yayıb.
Məlumata görə, Klopp futbolçulara trenajor zalında və masaj prosedurları zamanı mobil telefonlardan istifadə etməyi qadağan edib. Yeni qaydaların əsas məqsədi oyunçuların diqqətini məşqlərə yönəltmək və komanda üzvləri arasında ünsiyyəti gücləndirməkdir.
Baş məşqçi komandanın gündəlik rejimində də dəyişiklik edib. Əvvəllər futbolçular axşam yeməyinə müəyyən saat intervalında sərbəst şəkildə gələ bilirdilərsə, indi bütün oyunçuların eyni vaxtda süfrə arxasında olması tələb olunur.
Bundan başqa, təlim-məşq toplanışları zamanı futbolçuların qaldıqları otelə şəxsi bərbərlərin çağırılması qadağan edilib. Ailə üzvlərinin və yaxınların komandanı ziyarət etməsinə isə yalnız müstəsna hallarda icazə veriləcək.
Kloppun tətbiq etdiyi qaydalar komandanın birgə fəaliyyətini və qarşıdakı oyunlara hazırlığını təşkil etmək məqsədi daşıyır.
Qeyd edək ki, 2026-cı ilin yayında Almaniya millisinin baş məşqçisi təyin olunan Yurgen Klopp yığmanı ilk dəfə UEFA Millətlər Liqasının oyunlarına çıxaracaq. Almaniya millisi sentyabrın 24-də Niderlandla qarşılaşacaq.