Türkiyədə siqaretə ömürlük qadağa gəlir

Türkiyədə 2015-ci il yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret və digər tütün məmulatlarının satışının ömürlük qadağan edilməsi planlaşdırılır. Yeni qanun layihəsinin oktyabr ayında parlamentə təqdim olunması gözlənilir.

13

Türkiyədə 2015-ci il yanvarın 1-dən sonra doğulan şəxslərə siqaret və digər tütün məmulatlarının satışının ömürlük qadağan edilməsi planlaşdırılır. Yeni qanun layihəsi qəbul olunacağı təqdirdə, həmin şəxslər yetkinlik yaşına çatdıqdan sonra da tütün məhsullarını qanuni şəkildə ala bilməyəcəklər.

MSNews.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi”  məlumat yayıb.

Türkiyənin Səhiyyə Elmləri Universitetinin professoru, Yaşıl Ay Cəmiyyətinin Elmi Şurasının üzvü Toker Ergüder bildirib ki, Səhiyyə Nazirliyi təxminən bir ildir tütünlə mübarizə sahəsində yeni qanun layihəsi üzərində işləyir.

Onun sözlərinə görə, oktyabr ayında Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənilən layihə xüsusilə uşaqların və gənclərin tütün asılılığından qorunmasını hədəfləyir.

Yeni qaydalara əsasən, 2015-ci il yanvarın 1-dən sonra doğulan şəxslərə tütün məmulatlarının satışı və istifadəsinin ömürlük qadağan edilməsi nəzərdə tutulur. Bununla yanaşı, restoranların açıq sahələrində siqaret çəkilməsinin məhdudlaşdırılması, park və ictimai binaların həyətlərində xüsusi siqaretçəkmə zonalarının yaradılması da müzakirə olunur.

Layihədə 2040-cı ildən etibarən Türkiyədə tütün məmulatlarının istehsalı və satışının tamamilə dayandırılması təklifi də yer alır.

Ergüder ölkədə siqaret istehlakının artmasına da diqqət çəkib. Onun məlumatına görə, Türkiyədə 2012-ci ildə təxminən 4,5 milyard qutu siqaret satıldığı halda, 2025-ci ildə bu göstərici 8 milyard qutuya yüksəlib.

Qeyd edək ki, nəzərdə tutulan məhdudiyyətlər hələ qüvvəyə minməyib. Yeni qaydaların tətbiqi qanun layihəsinin parlamentdə müzakirəsi və qəbulundan asılı olacaq.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti