Pezeşkianın çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsi xəbəri yalandır

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsi barədə yayılan məlumatlar təkzib olunub. Azərbaycan nümayəndələri çıxış zamanı zalda olublar.

14

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin iclas zalını tərk etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Azərbaycan nümayəndələri İran Prezidentinin çıxışı zamanı zalda olublar.

MSNews.az xəbər verir ki, bu barədə “APA ” məlumat yayıb.

Məlumata görə, sentyabrın 23-də Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndə heyətlərinin, o cümlədən Azərbaycan nümayəndələrinin zalda olmadığına dair sosial şəbəkələrdə iddialar yayılıb.

Lakin Azərbaycan nümayəndə heyətinin çıxışı boykot etməsi barədə məlumat təsdiqini tapmayıb. APA-nın məlumatına əsasən, ölkəmizin nümayəndələri İran Prezidentinin çıxışı zamanı iclas zalında olublar.

“Əl-Cəzirə ”nin yaydığı görüntülərə əsasən, Pezeşkianın çıxışına başladığı vaxt ABŞ nümayəndəsi zalı tərk edib. İsrail nümayəndə heyəti isə İran Prezidentinin çıxışında iştirak etməyib.

Beləliklə, Azərbaycan nümayəndə heyətinin Pezeşkianın çıxışı zamanı zalı tərk etməsi barədə sosial şəbəkələrdə yayılan iddia APA-nın məlumatı ilə təkzib olunur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti