Pakistan Əfqanıstanı bombaladı

Pakistan ordusu Əfqanıstanın Qəndəhar şəhəri də daxil olmaqla, 10 məntəqəyə hava zərbələri endirib. İslamabad hücumları Əfqanıstan ərazisindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarına cavab olaraq həyata keçirdiyini açıqlayıb.

92

Pakistan ordusu sentyabrın 24-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhəri də daxil olmaqla, ölkənin müxtəlif bölgələrinə hava zərbələri endirib. İslamabad Əfqanıstan ərazisində pilotsuz uçuş aparatlarının buraxılması və saxlanılması üçün istifadə edildiyini bildirdiyi 10 məntəqəni hədəfə aldığını açıqlayıb.

MSNews.az xəbər verir ki, Pakistanın informasiya naziri Ətaullah Tarar hücumların sentyabrın 23-də Əfqanıstan ərazisindən buraxılan pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına daxil olmasına cavab olaraq həyata keçirildiyini bildirib.

“Dawn” qəzetinin məlumatına görə, nazir Pakistanın hava hücumundan müdafiə sistemlərinin bütün dronları hədəflərinə çatmazdan əvvəl zərərsizləşdirdiyini açıqlayıb. O, hərbi əməliyyatların yalnız müəyyən edilmiş hədəflərə qarşı həyata keçirildiyini vurğulayıb.

“AFP” agentliyinin məlumatına görə, Qəndəhar sakinləri şəhərin mərkəzində güclü partlayış baş verdiyini və ardınca yanğın müşahidə olunduğunu bildiriblər.

Əfqanıstan hakimiyyətinin yerli nümayəndələri ilkin açıqlamalarında bəzi hücumların insan tələfatına səbəb olmadığını bildirsələr də, sonradan ölkənin müxtəlif bölgələrində ölənlərin olduğu barədə məlumat yayılıb.

“Reuters” agentliyinin məlumatına görə, Əfqanıstan hakimiyyəti Pakistanın hava zərbələri nəticəsində dörd mülki şəxsin həlak olduğunu açıqlayıb.

Pakistan və Əfqanıstan arasında gərginlik son günlər sərhədyanı bölgələrdə baş verən silahlı insidentlər fonunda artıb. İslamabad Əfqanıstan ərazisində Pakistana qarşı fəaliyyət göstərən silahlı qrupların sığındığını iddia edir. Kabil isə bu ittihamları rədd edərək Pakistanın hərbi əməliyyatlarını ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.