Zelenskidən rusiyalı jurnalistə sərt cavab: “Raketlə!”

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı jurnalistin Moskvaya nə vaxt səfər edəcəyi barədə sualına “Raketlə” cavabını verib. Hadisə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş verib.

11

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin Moskvaya nə vaxt səfər edəcəyi ilə bağlı sualına sərt cavab verib. Zelenski jurnalistin “Moskvaya nə vaxt gələcəksiniz?” sualını “Raketlə!” deyərək cavablandırıb.

MSNews.az xəbər verir ki, hadisə sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ukrayna Prezidentinin Nyu-Yorkda jurnalistlərlə söhbəti zamanı baş verib.

“Meduza” nəşrinin məlumatına görə, Rusiyanın dövlət televiziya və radio yayım şirkətinin (VGTRK) müxbiri Valentin Boqdanov Zelenskiyə yaxınlaşaraq ondan bir neçə dəfə Moskvaya nə vaxt gedəcəyini soruşub.

Ukrayna Prezidenti əvvəlcə suallara reaksiya verməyib, daha sonra isə qısa şəkildə “Raketlə!” cavabını verib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Kreml daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında mümkün görüşün Moskvada keçirilə biləcəyini açıqlayıb. Rusiya tərəfi Ukrayna liderinin Moskvaya gələcəyi təqdirdə ona təhlükəsizlik təminatlarının veriləcəyini bildirib.

Zelenski isə Putinlə görüşün Moskvada keçirilməsi təklifini qəbul etməyib. Tərəflər arasında liderlər səviyyəsində mümkün danışıqların yeri və formatı ilə bağlı fikir ayrılıqları davam edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti