ABŞ İranla müharibədən zərər görən ölkələr üçün 10 milyard dollarlıq fond yaradır

ABŞ administrasiyası İranla müharibə zamanı zədələnmiş enerji obyektlərinin bərpası üçün 10 milyard dollarlıq fond yaratmağı təklif edib. Layihənin Fars körfəzi ölkələri ilə birgə maliyyələşdirilməsi nəzərdə tutulur.

12

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla müharibə zamanı zədələnmiş enerji obyektlərinin bərpası üçün Fars körfəzi ölkələri ilə birgə 10 milyard dollarlıq investisiya fondu yaratmağı təklif edib. Vaşinqtonun təşəbbüsə ilkin olaraq 5 milyard dollar ayırması nəzərdə tutulur.

MSNews.az xəbər verir ki, bu barədə ABŞ və Yaxın Şərq rəsmilərinə, eləcə də müvafiq sənədlərə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, PACT adlandırılan fondun maliyyələşdirilməsi üçün ABŞ-dan əlavə səkkiz regional tərəfdaşdan ümumilikdə 5 milyard dollar cəlb edilməsi planlaşdırılır. Potensial iştirakçılar arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniya yer alır.

Fondun idarə edilməsinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasına (DFC) həvalə olunması təklif edilir. Vəsaitin müharibə nəticəsində zədələnmiş neft emalı zavodlarının, boru kəmərlərinin və digər enerji obyektlərinin bərpasına yönəldilməsi nəzərdə tutulur.

Təşəbbüsün digər məqsədi regionun Hörmüz boğazından asılılığını azaltmaqdır. Bu çərçivədə Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanına və BƏƏ-nin Oman körfəzi sahilindəki Füceyrə limanına uzanan alternativ neft ixrac marşrutlarının genişləndirilməsi də nəzərdən keçirilir.

“Financial Times ”ın məlumatına görə, ABŞ-nin təklif etdiyi investisiya platformasının gələcəkdə özəl kapital və suveren sərvət fondlarının iştirakı ilə daha da genişləndirilməsi müzakirə olunur.

Bununla belə, layihə hələ müzakirə mərhələsindədir. Regional tərəfdaşların maliyyə töhfələri və fondun fəaliyyət mexanizmi ilə bağlı yekun razılaşma əldə edilməyib.

Müharibənin davam etməsi isə bərpa olunacaq enerji obyektlərinin yenidən hücuma məruz qalması riskini saxlayır. Region rəsmilərinin bir qismi İranla sülh razılaşması əldə edilmədən genişmiqyaslı bərpa layihələrinə başlanmasını vaxtından əvvəl atılmış addım hesab edir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti