Azərbaycan millisi Tacikistanı məğlub etdi

Azərbaycan millisi Bakıda keçirilən yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın yeganə qolu 58-ci dəqiqədə vurulub.

15

Azərbaycanın futbol üzrə milli komandası sentyabrın 23-də Bakıda keçirilən yoldaşlıq görüşündə Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.

MSNews.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan qarşılaşmada yeganə qol 58-ci dəqiqədə qeydə alınıb. Tacikistan millisinin qapıçısı Oleq Baklov topu öz qapısına göndərərək avtoqol müəllifi olub.

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan millisi bu nəticə ilə UEFA Millətlər Liqasının qarşıdakı oyunları öncəsi son yoldaşlıq görüşünü qələbə ilə başa vurub.

Yığmamız sentyabrın 27-də səfərdə Litva ilə qarşılaşacaq. Komanda oktyabrın 1-də Bakıda Lixtenşteyni qəbul edəcək, oktyabrın 4-də isə yenidən Litva millisi ilə üz-üzə gələcək.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.