Ukrayna 11 həftədə Rusiyanın 300 gəmisini vurduğunu açıqlayıb

Ukrayna ordusu son 11 həftə ərzində Rusiya ilə əlaqəli 300 gəmini sıradan çıxardığını açıqlayıb. Hücumların 134-ü Azov, 166-sı isə Qara dənizdə həyata keçirilib.

117

Ukrayna Silahlı Qüvvələri son 11 həftə ərzində Azov və Qara dənizlərdə Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən ümumilikdə 300 gəmini vuraraq hərəkətsiz vəziyyətə gətirdiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi məlumat verib. “Ukrinform”un yaydığı məlumata görə, iyulun 6-da başladılan və 11 həftə davam edən “MoLoChKa” əməliyyatı çərçivəsində Azov dənizində 134, Qara dənizdə isə 166 gəmi sıradan çıxarılıb.

Brovdi bildirib ki, əməliyyat nəticəsində Azov dənizi və Kerç boğazında gəmi hərəkəti faktiki olaraq dayandırılıb. Onun sözlərinə görə, Qara dənizin şimal və şimal-şərq hissələrində Rusiya ilə əlaqəli gəmilərin hərəkəti də ciddi şəkildə məhdudlaşdırılıb.

Ukrayna tərəfi əməliyyatın davam etdiyini açıqlayıb. Bununla belə, 300 gəminin sıradan çıxarılması barədə məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.