İsrailin BMT-dəki səfiri Denni Danon Nyu-York meri Zöhran Məmdaniyə qarşı ittihamlar səsləndirib. Diplomat onu antisemitizmi təşviq etməkdə, HƏMAS-ı dəstəkləməkdə və İran rəhbərliyi ilə əlaqələr qurmaqda günahlandıraraq diqqətini Nyu-Yorkun problemlərinə yönəltməyə çağırıb.
MSNews.az xəbər verir ki, Danon bu fikirləri sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Məmdani İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı ittihamlar səsləndirməklə gərginliyi artırır. Danon merə Nyu-Yorkdakı problemlərlə məşğul olmağı və İran rəhbərliyi ilə təmaslardan çəkinməyi tövsiyə edib.
Açıqlamalar Məmdaninin Netanyahuya münasibəti ətrafında yaranmış fikir ayrılığı fonunda səsləndirilib. Nyu-York meri daha əvvəl Netanyahu barədə Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderinə istinad edərək onun ABŞ ərazisində saxlanılmasını dəstəklədiyini bildirib. İsrail tərəfi isə Netanyahuya qarşı ittihamları rədd edir.
Danonun HƏMAS-a dəstək və antisemitizmlə bağlı sözləri ittiham xarakteri daşıyır. Məmdani HƏMAS-ı dəstəklədiyini rədd edib və təşkilatın 7 oktyabr hücumlarını pisləyib.