Ərdoğan və Paşinyan Nyu-Yorkda görüşüblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda görüşüblər. Tərəflərin Türkiyə–Ermənistan münasibətlərini, regional və qlobal məsələləri müzakirə etdikləri bildirilir.

19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 23-də Nyu-Yorkda görüşüblər. Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.

MSNews.az xəbər verir ki, Ərdoğan Paşinyanı Nyu-Yorkdakı Türk Evində qəbul edib. “Anadolu” agentliyinin məlumatına görə , görüş mətbuata qapalı keçirilib. Danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Yayılan məlumata əsasən, tərəflər Türkiyə ilə Ermənistan arasındakı təmasları, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər. Görüşün yekununda hər hansı sazişin imzalanması və ya konkret qərarın qəbul edilməsi barədə məlumat açıqlanmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.