ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Yaxın Şərq liderləri ilə görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında danışaraq onu dostu adlandırıb. Tramp Ərdoğanın sərt xarakterli siyasətçi olduğunu söyləyib.
MSNews.az xəbər verir ki, görüş sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində keçirilib. Ərdoğanla görüşərkən ona işarə edən Tramp deyib:
“Mənim dostum bax oradadır, Türkiyədəndir. O, sərt adamdır. Onunla zarafat etmək olmaz”.
Tramp Ərdoğanla münasibətlərindən məmnunluğunu da ifadə edib. Görüşdən yayılan görüntülərdə ABŞ prezidentinin Türkiyə lideri ilə əl sıxdığı görünür.