“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama saatı açıqlanıb

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubu arasında yoldaşlıq oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Biletlərin satışına sentyabrın 22-də start verilib.

107

Azərbaycanın “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb. Qarşılaşma oktyabrın 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.

MSNews.az xəbər verir ki, bu barədə “Turan Tovuz” klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərinin satışına sentyabrın 22-də start verilib.

Biletlərin saat 11:00-dan etibarən “BirBilet” platforması vasitəsilə satışa çıxarılacağı açıqlanıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.