Ramzan Kadırovun 18 yaşlı oğlunun öz silahlı bölməsi yaradılıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırovun “Dustum K-13” adlı ayrıca güc bölməsi fəaliyyət göstərir. Bölmənin döyüşçüləri yollarda reydlər keçirir və hərbi təlimlərdə iştirak edirlər.

102

Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırovun “Dustum K-13” adlı ayrıca güc bölməsinin fəaliyyət göstərdiyi məlum olub. Bölmənin əməkdaşları hərbi hazırlıqla yanaşı, respublikanın avtomobil yollarında reydlər də keçirirlər.

MSNews.az xəbər verir ki, bu barədə “Vyorstka”  nəşrinin araşdırmasında məlumat verilib. Bildirilir ki, Adam Kadırovla əlaqəli bölmənin döyüşçüləri Kadırovlar ailəsinin doğma kəndi Axmat-Yurtda yerləşən “Axmat” xüsusi çevik reaksiya dəstəsinin (SOBR) bazasında yerləşdiriliblər.

Məlumata görə, “Dustum K-13” bölməsinin əməkdaşları 2025-ci ilin noyabrından etibarən “Axmat” SOBR-un döyüşçüləri ilə birlikdə avtomobil yollarında reydlər keçirib, sürücüləri saxlayaraq nəqliyyat vasitələrini yoxlayıblar. Reydlər zamanı avtomobillərin şüşələrindəki tündləşdirici örtüklərin sökülməsi də tələb olunub. Bu barədə “Kavkazski Uzel”  nəşri də məlumat yayıb.

Bölmənin sosial şəbəkələrdə ayrıca səhifəsi fəaliyyət göstərir. Burada döyüşçülərin atıcılıq, yaralıların təxliyəsi, pilotsuz uçuş aparatlarının idarə edilməsi və dronların zərərsizləşdirilməsi üzrə hazırlıq görüntüləri yayımlanır. Həmçinin şəxsi heyətin sıra hazırlığı keçdiyi əks olunur.

Qeyd edək ki, “Dustum” Adam Kadırovun atasından götürdüyü çağırış adıdır. “K-13” isə onun adı ilə əlaqələndirilən müxtəlif layihələrdə istifadə olunan brenddir.

Bölmənin rəsmi hüquqi statusu, şəxsi heyətinin sayı və hansı döyüş əməliyyatlarında iştirak etdiyi barədə dəqiq məlumat açıqlanmayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.