Netanyahu: “İran rejimini devirmək əsas vəzifəmizdir”

İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini ölkəsinin əsas hədəflərindən biri adlandırıb. O, İsrailin İran, Hizbullah və HƏMAS-a qarşı əməliyyatlarını davam etdirəcəyini bildirib.

42

İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini ölkəsinin qarşısında duran “əsas vəzifə” adlandırıb və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini bildirib.

MSNews.az xəbər verir ki, Netanyahu sentyabrın 17-də İsrail Prezidentinin iqamətgahında təhlükəsizlik xidmətinin əməkdaşlarının mükafatlandırılması mərasimində çıxışı zamanı İranla bağlı sərt mövqeyini bir daha təkrarlayıb.

“İlk növbədə İran rejimini devirməliyik. Biz onu devirdəcəyik, o süqut edəcək”, – Netanyahu bildirib. 

Baş nazir daha sonra HƏMAS-ın məhv edilməsinin və Hizbullaha qarşı mübarizənin davam etdirilməsinin də İsrailin hədəfləri sırasında olduğunu deyib.

Netanyahu həmin gün Likud partiyasının seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə də oxşar bəyanat səsləndirib. “The Times of Israel” onun “missiya tamamlanmalıdır, İran rejimini devirməliyik” dediyini yazır.

Bəzi regional mediada Netanyahunun İranla bağlı danışarkən “şişi aradan qaldırdıq və sağ qaldıq” ifadəsindən istifadə etdiyi də bildirilir. Həmin xəbərlərdə baş nazirin İsrailin İrana vaxtında zərbə endirməsəydi, ölkənin mövcudluğunun təhlükə altında qala biləcəyini söylədiyi qeyd olunur.

Netanyahu sentyabrın əvvəlindən etibarən İran hakimiyyətinin devrilməsini açıq şəkildə İsrailin “mərkəzi missiyası” kimi təqdim edir. Sentyabrın 3-də İsrail ordusunun Baş Qərargahı ilə görüşdə o, İran rəhbərliyinin əvvəlkindən daha zəif olduğunu və bu məqsədin “əlçatan” olduğunu iddia etmişdi.

İsrail və ABŞ fevralın sonunda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Tehran isə hücumları ölkənin suverenliyinə qarşı təcavüz kimi qiymətləndirir və müqaviməti davam etdirəcəyini bildirir. Münaqişə hazırda yeddinci ayına daxil olub.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.