İtaliyanın “Bolonya” klubu mövsümün başlanmasından cəmi dörd tur sonra baş məşqçi Domeniko Tedeskonu vəzifəsindən azad edib. Komanda onun rəhbərliyi altında Serie A-da qələbə qazana bilməyib.
MSNews.az xəbər verir ki, qərarla bağlı ilkin məlumatı insayder Fabrizio Romano yayıb, daha sonra “Bolonya” bunu rəsmi şəkildə təsdiqləyib. Klub Tedesko və onun məşqçilər heyətinə fəaliyyətlərinə görə təşəkkür edib.
“Bolonya” ilk dörd turda üç məğlubiyyət və bir heç-heçə ilə cəmi 1 xal toplayıb və yalnız iki qol vurub. Klub hazırda Serie A turnir cədvəlinin 16-cı pilləsindədir.
Tedesko “Bolonya”nın baş məşqçisi postuna iyunun 2-də gətirilmiş və onunla 30 iyun 2028-ci ilədək, daha bir mövsüm uzadılmaq imkanı olan müqavilə imzalanmışdı. Lakin 41 yaşlı mütəxəssisin klubdakı fəaliyyəti təxminən üç ay davam edib.
“Bolonya” artıq yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Raffaele Palladino çalışdıracaq. Onun müqaviləsi 30 iyun 2029-cu ilədək nəzərdə tutulub.