Türk qəhvəsi Avropa İttifaqında TSG statusu ilə qeydiyyata alındı

Avropa İttifaqı türk qəhvəsini Zəmanətli Ənənəvi İxtisaslaşma (TSG) statusu ilə rəsmi olaraq qeydiyyata alıb. Bu status məhsulun ənənəvi hazırlanma üsulunu qoruyur və beynəlxalq səviyyədə tanınmasını təmin edir.

242

Avropa İttifaqı (Aİ) türk qəhvəsini Zəmanətli Ənənəvi İxtisaslaşma (TSG) statusu ilə rəsmi olaraq qeydiyyata alıb. Bu status, məhsulun ənənəvi hazırlanma üsulu və tərkib xüsusiyyətlərinin qorunmasını təmin edir.

Qeyd edək ki, türk qəhvəsi Aİ tərəfindən TSG statusu alan Türkiyədən ilk məhsul olub. Bu qeydiyyat məhsulun müəyyən bir bölgə ilə əlaqələndirilməsini deyil, məhz onun tarixi hazırlama metodunu və orijinallığını vurğulayır.

TSG statusu türk qəhvəsinin saxtalaşdırılmasının qarşısını alacaq, standartlara uyğun olmayan təqdimatlara qarşı hüquqi qoruma təmin edəcək, və ənənəvi qəhvə mədəniyyətinin beynəlxalq tanınmasına töhfə verəcək.

Türk qəhvəsi UNESCO tərəfindən həm də bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınır.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti