İran Hörmüz boğazının açılması üçün ABŞ-a 7 şərt irəli sürüb

İran ABŞ-a vasitəçilər üzərindən yeddi şərt çatdırıb və onların yerinə yetirilməyəcəyi halda Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunmayacağını bildirib. Şərtlərin son siyahısı rəsmi şəkildə açıqlanmayıb.

55

İran ABŞ-a vasitəçilər vasitəsilə Hörmüz boğazında normal gəmiçiliyin bərpası üçün yeddi şərt təqdim edib və Vaşinqton bu tələbləri yerinə yetirməyənədək boğazın tam açılmayacağını bildirib.

MSNews.az xəbər verir ki, İranın yarırəsmi “Tasnim” agentliyinin danışıqlara yaxın mənbəyə istinadən yaydığı məlumatı digər regional media qurumları dərc edib. Mənbənin sözlərinə görə, yeddi şərt İranın ali rəhbərliyi səviyyəsində təsdiqlənib və ABŞ tərəfinə vasitəçilər üzərindən çatdırılıb. Bununla belə, “Tasnim”in son məlumatında həmin yeddi şərtin konkret məzmunu açıqlanmayıb.

Tehran eyni zamanda Omanla Hörmüz boğazında yeni giriş və çıxış marşrutları barədə razılığa gəlib. Razılaşmaya əsasən, Fars körfəzinə giriş marşrutunun tamamilə, çıxış marşrutunun isə qismən İranın ərazi sularından keçməsi nəzərdə tutulur. İran tərəfi vurğulayır ki, Maskatla əldə olunan bu razılaşma avtomatik olaraq boğazın tam açılması demək deyil.

“Reuters” də İranın xarici işlər naziri Abbas Araqçiyə istinadən yazır ki, Omanla əldə olunan razılaşmadan asılı olmayaraq, ABŞ Tehranın tələblərini yerinə yetirməyənədək boğazda normal rejimin bərpa olunması nəzərdə tutulmur. Sentyabrın 14-də Omanda İran və Körfəz ölkələrinin nümayəndələrinin iştirakı ilə məsələ üzrə görüş keçirilməsi planlaşdırılır.

İranın son açıqlamasında yeddi tələbin siyahısı verilməsə də, daha əvvəl İran rəsmilərinin mövqelərini ümumiləşdirən “Gulf News” Tehranın tələbləri sırasında ABŞ-ın İrana qarşı təhdidlərinə son qoyulmasını, müharibənin daimi dayandırılmasını, İran limanlarına tətbiq olunan dəniz blokadasının ləğvini, ABŞ qüvvələrinin regiondan çıxarılmasını, müharibə zərərinin ödənilməsini, sanksiyaların götürülməsini və dondurulmuş İran aktivlərinin qeyd-şərtsiz azad edilməsini göstərmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.