Özbəkistan əlifbanı dəyişir: Ş, Ç, Ö və Ğ gəlir

Özbəkistan Senatı latın qrafikalı əlifbada dəyişiklikləri təsdiqləyib. Yeni variant 28 hərf və bir apostrofdan ibarət olacaq, Sh, Ch, O‘ və G‘ isə ayrıca hərflərlə əvəzlənəcək.

64

Özbəkistan Ali Məclisinin Senatı latın qrafikasına əsaslanan özbək əlifbasının dəyişdirilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Yeni əlifba hazırkı 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq.

MSNews.az xəbər verir ki, qərar sentyabrın 10-da Senatın 19-cu plenar iclasında qəbul edilib. Qanun qüvvəyə minməsi üçün Prezident Şavkat Mirziyoyevin imzasına göndərilib. Buna görə yeni qaydalar hələ hüquqi baxımdan qüvvəyə minməyib.

Bu barədə “Gazeta.uz”“Interfax” məlumat yayıb.

Dəyişikliklərə əsasən, özbək dilində hazırda istifadə olunan O‘ → Ö, G‘ → Ğ, Sh → Ş, Ch → Ç formasına keçiriləcək. Beləliklə, iki simvolla ifadə edilən dörd səs ayrıca hərflə yazılacaq. Ng isə əlifbanın ayrıca vahidi kimi çıxarılacaq, lakin “ng” birləşməsinin özü sözlərdə qalacaq və onun istifadəsi orfoqrafiya qaydaları ilə tənzimlənəcək.

Məsələn, hazırkı “O‘zbekiston” yazılışı yeni sistemdə “Özbekiston”, “G‘alaba” sözü Ğalaba”, Shahar” isə “Şahar” formasını alacaq.

1993-cü ildə təsdiq olunmuş əlifba
1993-cü ildə təsdiq olunmuş əlifba

Senator Odiljon Mamatkarimov bildirib ki, dəyişikliklərin əsas məqsədlərindən biri “bir səs – bir hərf” prinsipinə yaxınlaşmaqdır. Onun sözlərinə görə, xüsusilə O‘ və G‘ işarələrinin müxtəlif apostrof formaları ilə yazılması kompüter proqramları, axtarış sistemləri, elektron lüğətlər və digər rəqəmsal texnologiyalar üçün problemlər yaradır.

Dəyişikliklər təklif olunan əlifba
Dəyişikliklər təklif olunan əlifba

Keçid mərhələli şəkildə həyata keçiriləcək. Mövcud əlifba ilə hazırlanmış sənədlərin yenidən rəsmiləşdirilməsi tələb olunmayacaq. Hazırkı yazı ilə buraxılmış milli valyuta və qiymətli kağızlar dövriyyədə qalacaq, dövlət qurumlarının lövhə, nişan və digər elementləri isə köhnələnədək və ya müəyyən edilmiş istifadə müddəti bitənədək saxlanıla biləcək.

“UzDaily”-nin məlumatına görə, qanun qüvvəyə mindikdən sonra dövlət qurumları və kütləvi informasiya vasitələrinin vahid yenilənmiş əlifbaya keçməsi nəzərdə tutulur. Bununla belə, keçidin dəqiq müddətləri hələ açıqlanmayıb.

Özbəkistan latın qrafikalı əlifbanı ilk dəfə 1993-cü ildə qəbul edib, 1995-ci ildə isə ona dəyişikliklər edilib. Yeni islahatın tərəfdarları bunun orfoqrafiyanı sadələşdirəcəyini və özbək dilinin rəqəmsallaşdırılmasını asanlaşdıracağını bildirirlər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.