Netanyahu Hermon zirvəsindən: “İran rejimini məğlub etməyə çox yaxınıq”

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın Hermon dağı ərazisinə səfəri zamanı İsrailin şimal cəbhəsində “misli görünməmiş nəzarət” əldə etdiyini və İran hakimiyyətinin məğlub edilməsinə çox yaxın olduqlarını bildirib.

62

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın İsrail qüvvələrinin nəzarətində olan Hermon dağı ərazisinə səfəri zamanı ölkəsinin regionda “misli görünməmiş” hərbi üstünlük əldə etdiyini bildirib və əsas növbəti vəzifənin İran hakimiyyətini məğlub etmək olduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, Netanyahu sentyabrın 9-da müdafiə naziri İsrael Katz və İsrail ordusu Baş Qərargah rəisinin müavini Tamir Yadai ilə birlikdə Hermon dağındakı hərbi mövqelərə baş çəkib. Səfər zamanı Şimal Komandanlığı və 210-cu diviziyanın rəhbərliyi ona Suriya istiqamətində aparılan əməliyyatlar barədə məlumat verib.

Bu barədə “The Jerusalem Post”“Israel National News” məlumat yayıb.

“Roş ha-Şana ərəfəsində Hermonun zirvəsindəyik. Dəməşq buradadır, Livan oradadır, Suriya Qolanı isə həmin istiqamətdədir”, – Netanyahu bildirib. Onun sözlərinə görə, İsrail Hermon zirvəsindən Yarmuk çayına, oradan isə Aralıq dənizinə qədər “misli görünməmiş tam nəzarətə” malikdir.

Netanyahu bunun İsrailin son müharibələr zamanı əldə etdiyi “böyük nailiyyətlərdən biri” olduğunu söyləyib və İsrail sərhədlərində yenidən silahlı qruplaşmaların möhkəmlənməsinə imkan verməyəcəklərini vurğulayıb. “The Times of Israel” baş nazirin bu açıqlamanı Suriyanın İsrail tərəfindən nəzarətdə saxlanılan tərəfində verdiyini qeyd edir.

Baş nazir daha sonra İran məsələsinə toxunaraq deyib: “Əsas vəzifə İrandakı terror rejimini məğlub etməkdir. Biz buna çox yaxınıq. Bilirik ki, bütün ox sonda süqut edəcək. Biz bunu etməyə qərarlıyıq və edəcəyik”. Burada Netanyahu “ox” ifadəsi ilə Tehranla əlaqəli regional qüvvələr və silahlı qruplar sistemini nəzərdə tutur.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti