Spalletti Voltemadeni Friz atına bənzətdi

“Yuventus”un baş məşqçisi Luçano Spalletti yeni hücumçusu Nik Voltemadeni öz friz atına bənzədib. İtaliyalı mütəxəssis futbolçunun fiziki gücü ilə yanaşı, sakit və pozitiv xarakterini də vurğulayıb.

69

“Yuventus”un baş məşqçisi Luçano Spalletti komandanın yeni hücumçusu Nik Voltemade barədə danışarkən qeyri-adi müqayisə apararaq 1,98 metr boyu olan almaniyalı futbolçunu öz friz atına bənzədib.

MSNews.az xəbər verir ki, Spalletti bu barədə “Tuttosport”-a müsahibəsində danışıb. İtaliyalı mütəxəssis Voltemadenin fiziki görünüşünün ilk baxışdan çəkindirici təsir bağışladığını, xaraktercə isə tam əksinə, mehriban olduğunu bildirib.

“Mənim friz atım var, məncə, onlar çox oxşardır. O, heykəl kimi əzəmətlidir, fiziki baxımdan bir qədər qorxu yaradır, amma çox mehribandır”, – Spalletti deyib.

Baş məşqçi zarafatla futbolçunun da friz atı kimi “özünü sığallamağa və minməyə imkan verdiyini” əlavə edib. Bununla belə, Spallettinin müqayisəsi yalnız Voltemadenin xarici görünüşünə aid olmayıb. O, almaniyalı hücumçunun komanda yoldaşları ilə ünsiyyətini və meydandakı çoxşaxəli oyununu da yüksək qiymətləndirib.

Spallettinin sözlərinə görə, Voltemade həm topu ayağına qəbul edib kombinasiyalı oyunda iştirak edə, həm də hündürlüyü və fiziki göstəriciləri hesabına şaquli hücumlarda effektiv ola bilir. Baş məşqçi bu iki xüsusiyyətin eyni futbolçuda birləşməsinin nadir olduğunu vurğulayıb.

24 yaşlı Voltemade sentyabrın 1-də “Nyukasl”dan “Yuventus”a 30 iyun 2027-ci ilədək icarəyə verilib. “Yuventus”-un rəsmi məlumatına görə, hücumçu İngiltərə klubunda 53 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.