İsraildən kürdlərlə bağlı diqqətçəkən bəyanat

İsrailin xarici işlər naziri Gideon Saar kürdlərin hələ də siyasi müstəqillik əldə etmədiyini bildirib və yəhudilərlə kürdlər arasında əlaqələrin gücləndirilməsinə çağırıb.

75

İsrailin xarici işlər naziri Gideon Saar kürdlərin Yaxın Şərqdə dörd ölkədə yaşayan böyük xalq olduğunu, lakin indiyədək siyasi müstəqillik əldə etmədiyini bildirib və yəhudi-kürd əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyib.

MSNews.az xəbər verir ki, Saar bu fikirləri sentyabrın 6-7-də Londonda keçirilən “Dəyişən Yaxın Şərqdə yəhudi-kürd münasibətləri: tarix, kimlik və gələcək əməkdaşlıq” adlı beynəlxalq konfransa ünvanladığı videomüraciətdə səsləndirib. Tədbirdə yəhudi və kürd icmalarının nümayəndələri, alimlər, siyasətçilər, jurnalistlər və fəallar iştirak ediblər.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Kürdlər dörd ölkədə yaşayan azlıqdır və təəssüf ki, indiyədək siyasi müstəqillik əldə etməyiblər”, – Saar bildirib. O, həmçinin İsrailin Yaxın Şərqdə müxtəlif azlıqlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz Yaxın Şərqdə müxtəlif azlıqlar arasında münasibətlərin gücləndirilməsinə, xüsusilə yəhudilərlə kürdlər arasındakı əlaqələrin inkişafına inanırıq”, – İsrailin xarici işlər naziri əlavə edib. “Kurd Online” Saarın müraciətinin İsraildəki Kürd Yəhudi İcmasının rəhbəri Yehuda Ben-Yosefə ünvanlandığını bildirir.

Bu, Saarın kürdlərlə bağlı ilk belə açıqlaması deyil. O, 2024-cü ildə xarici işlər naziri vəzifəsinə başlayarkən kürdləri İsrailin “təbii müttəfiqi” adlandırmış və onlarla siyasi və təhlükəsizlik əlaqələrinin gücləndirilməsini müdafiə etmişdi. “The Times of Israel” həmin vaxt Saarın kürdləri “siyasi müstəqilliyi olmayan böyük xalqlardan biri” kimi xarakterizə etdiyini yazmışdı.

İsrail bundan əvvəl də kürdlərin müstəqillik təşəbbüslərinə açıq dəstək verib. 2017-ci ildə İraq Kürdüstanında keçirilən müstəqillik referendumu ərəfəsində Baş nazir Benyamin Netanyahu kürdlərin öz dövlətlərini yaratmaq istiqamətində səylərini dəstəklədiyini bəyan etmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.