Bessent İrana xəbərdarlıq etdi: “Rejim daxildən dəyişə bilər”

ABŞ maliyyə naziri Skott Bessent İran hakimiyyətinin daxildən dəyişə biləcəyini və ya xalqın ayağa qalxa biləcəyini bildirib. O, İranın Çinə neft göndərməsi ilə bağlı sentyabrın 8-də yeni addımların açıqlanacağına da işarə edib.

63

ABŞ maliyyə naziri Skott Bessent İran üzərində iqtisadi təzyiqin davam etdiriləcəyini bildirərək ölkədə hakimiyyətin daxildən dəyişməsi və ya xalq etirazlarının güclənməsi ehtimalından danışıb.

MSNews.az xəbər verir ki, Bessent sentyabrın 4-də Stiv Bannonun “War Room” proqramına müsahibəsində Tehran rejiminin iqtisadi baxımdan təcrid edilməsinin Vaşinqtonun əsas strategiyası olduğunu vurğulayıb.

“Ya rejim daxildən dəyişəcək, ya xalq ayağa qalxacaq, ya da nə baş verəcəyini görəcəyik. Amma biz onları iqtisadi baxımdan boğacağıq”, – Bessent bildirib.

ABŞ maliyyə naziri İranın milli valyutasının ciddi təzyiq altında olduğunu və ölkənin iqtisadi izolyasiyasının daha da sərtləşdiriləcəyini deyib.

Bessent İranın Çinə neft göndərməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, ABŞ və İran arasında əldə edilən əvvəlki memorandumdan sonra Tehran Çinə neft göndərib.

“Onlar Çinə neft göndərdilər. Bununla bağlı çərşənbə axşamı atılacaq addımları izləyin”, – nazir deyib.

Söhbət 8 sentyabrdan gedir, lakin Bessent planlaşdırılan tədbirin sanksiya, maliyyə məhdudiyyəti və ya başqa mexanizm olacağını açıqlamayıb.

Vaşinqton artıq İranın xarici maliyyə əlaqələrinə qarşı “Operation Economic Outcast” adlı geniş sanksiya kampaniyası həyata keçirir. ABŞ Maliyyə Nazirliyi avqustun 24-də başladılan kampaniyanın məqsədinin İranın neft satışı, maliyyə əməliyyatları və sanksiyalardan yayınma şəbəkələrindən əldə etdiyi gəlirləri mümkün qədər məhdudlaşdırmaq olduğunu bildirib.

Sentyabrın 4-də ABŞ bu kampaniya çərçivəsində Türkiyədə fəaliyyət göstərən Golden Global Bank” və onun törəmə strukturlarını da sanksiya siyahısına daxil edib. ABŞ Maliyyə Nazirliyi bankı SEPAH-ın “Qüds Qüvvələri” ilə əlaqəli on milyonlarla dollarlıq əməliyyatların həyata keçirilməsinə yardım etməkdə ittiham edib.

Bessent eyni müsahibədə ABŞ-nin aparıcı iqtisadi nəşrlərini də sərt tənqid edib. O, “Financial Times”ı “Amerika əleyhinə, biznes əleyhinə və Qərb dəyərlərinə qarşı” olmaqda ittiham edib.

Nazir “The Wall Street Journal” barədə isə “artıq biznes qəzeti olmadığını” söyləyib və zarafatla orada oxuduğu yeganə materialların kitab resenziyaları olduğunu bildirib. Bu ifadələr müsahibənin ABŞ istiqraz bazarı və xarici investorların davranışı ilə bağlı hissəsində səsləndirilib, İran mövzusuna birbaşa aid olmayıb.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.