Səudiyyə Ərəbistanı Azərbaycana 3 milyon dollar ayırdı

Səudiyyə Ərəbistanı rəsmisi Bakıda 3 milyon dollarlıq minatəmizləmə dəstəyini açıqlayıb. Vəsait üzrə memorandum əslində 2024-cü ildə imzalanıb.

167

Səudiyyə Ərəbistanı Azərbaycanın mina ilə çirklənmiş ərazilərinin humanitar məqsədlərlə təmizlənməsinə 3 milyon dollar həcmində maliyyə dəstəyi göstərdiyini açıqlayıb.

MS-News.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi Salem Əl-Kahtani bu barədə sentyabrın 2-də Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında danışıb.

Əl-Kahtaninin sözlərinə görə, maliyyə dəstəyi mina təhlükəsinin azaldılmasına, mülki əhali, xüsusilə qadın və uşaqlar üçün daha təhlükəsiz mühitin yaradılmasına, ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin geri qayıdışına yardım göstərilməsinə yönəlib. O, Ər-Riyadın bu sahədə Azərbaycanla əməkdaşlığı genişləndirdiyini bildirib.

“KSrelief”-in açıqlanan məqsədlərinə görə, maliyyələşmə minalanmış ərazilərin təmizlənməsi ilə insanların həyatının qorunmasına, məcburi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa-quruculuq işlərinin sürətləndirilməsinə xidmət edir. Azərbaycan tərəfi mina təhlükəsinin yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin geri qayıdışı qarşısında əsas maneələrdən biri olduğunu bildirir.

Prezident İlham Əliyev də 4-cü Beynəlxalq Minatəmizləmə Konfransına müraciətində problemin miqyası nəzərə alınaraq beynəlxalq donorların daha proqnozlaşdırıla bilən maliyyə dəstəyi, müasir avadanlıq, texniki ekspertiza və texnologiya transferi ilə prosesə daha fəal qoşulmasının vacibliyini vurğulayıb.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.