Pezeşkian İran dövlət televiziyasını tənqid etdi: “Artıq baxmıram”

İran Prezidenti Məsud Pezeşkian dövlət yayımçısı IRIB-in fəaliyyətini sərt tənqid edib. O, televiziyanın ölkədə birlik və həmrəyliyə xidmət etmədiyini, buna görə artıq proqramlara baxmadığını bildirib.

88

İran Prezidenti Məsud Pezeşkian ölkənin dövlət yayımçısı IRIB — İran İslam Respublikası Radio və Televiziyasının fəaliyyətini sərt tənqid edərək, onun proqramlarına artıq baxmadığını bildirib.

MSNews.az xəbər verir ki, avqustun 30-da İran mediasında yenidən yayılan görüntülərdə Pezeşkian IRIB rəhbəri Peyman Cəbəliyə müraciətlə televiziyanın ölkədə birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət etmədiyini deyir. “Rokna” Pezeşkianın sözlərini belə çatdırır: “Seda və Simaya baxanda əsəblərim pozulurdu. Ona görə də artıq baxmıram.”

“Rouydad24” isə prezidentin sözlərini “Mən ümumiyyətlə televiziyaya baxmıram, çünki Seda və Sima birlik və həmrəylik amili deyil” şəklində təqdim edib.

Sözügedən çıxış yeni deyil. İran mediasının məlumatına görə, görüntülər 1 şəhrivər 1405-ci ildə — 23 avqust 2026-cı ildə keçirilmiş hökumət iclasına aiddir və avqustun 30-da sosial şəbəkələrdə yenidən geniş yayılıb. Pezeşkian həmin iclasda ölkənin hazırkı şəraitində milli birlik, həmrəylik və vahid mövqenin qorunmasının xüsusilə vacib olduğunu vurğulayıb.

Bu, Pezeşkian administrasiyası ilə dövlət televiziyası arasında ilk gərginlik deyil. İyulda prezidentin bəzi çıxışlarının IRIB tərəfindən ixtisar edildiyi barədə hökumətin ittihamlarından sonra yayım qurumu ayrıca açıqlama vermiş və fəaliyyətinin “milli birliyin qorunmasına” xidmət etdiyini bildirmişdi.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.