“Erdoğan öldü” paylaşımına görə jurnalist həbs edildi

Türkiyənin Aydın şəhərində yerli “Denge” qəzetinin “Erdoğan öldü” başlıqlı paylaşımı ilə bağlı başladılan istintaq nəticəsində jurnalist İrem Delice həbs edilib. Paylaşım əslində Gülşen Erdoğan adlı yerli sakinin ölüm xəbəri ilə bağlı olub.

57

Türkiyədə yerli “Aydın Denge” qəzetinin sosial şəbəkədə yayımladığı “Erdoğan vəfat etdi” başlıqlı paylaşım üzrə başladılan istintaq çərçivəsində jurnalist İrem Delice həbs edilib.

MSNews.az xəbər verir ki, “Bianet”“ANKA Haber”-in məlumatına görə, sözügedən paylaşım avqustun 25-də qəzetin sosial media hesabında yayımlanıb. Qara fonda iri hərflərlə “Erdoğan vəfat etdi” ifadəsi yerləşdirilsə də, keçid edilən xəbər Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla deyil, Gülşen Erdoğan adlı yerli sakinin vəfatı ilə bağlı olub.

Paylaşımın təqdimat formasının Türkiyə prezidentinin öldüyü təəssüratı yaratdığına dair şikayətlərdən sonra Aydın Respublika Baş Prokurorluğu Türk Cinayət Məcəlləsinin 217/A maddəsi — “ictimaiyyəti yanıltıcı məlumatı açıq şəkildə yayma” maddəsi üzrə istintaqa başlayıb.

İstintaq çərçivəsində qəzetin nümayəndəsi Emin Aydın, məsul redaktor Yeşim Ülker, müxbir İslam Keleş və İrem Delice saxlanılıb. İslam Keleş polis prosedurlarından sonra sərbəst buraxılıb, digər üç şəxs isə ilkin olaraq məhkəmə tərəfindən adli nəzarət şərti ilə azad edilib. (Bianet)

Lakin Aydın Respublika Baş Prokurorluğu İrem Delice barədə qərardan etiraz edib. Jurnalist yenidən saxlanılaraq növbətçi sülh cinayət hakimliyinə çıxarılıb və avqustun 28-də həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.