Qəzzada 112 nəfər üçün kütləvi dəfn mərasimi keçirilib

Qəzzanın Əs-Sabra rayonunda 2023-cü ildə İsrail zərbəsi nəticəsində həlak olan 112 nəfərin dağıntılar altından çıxarılan cəsəd qalıqları torpağa tapşırılıb.

61

Qəzza şəhərində 2023-cü ilin noyabrında İsrailin Əs-Sabra rayonuna endirdiyi zərbə nəticəsində həlak olan 112 nəfər üçün kütləvi dəfn mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, “Reuters” cəsəd qalıqlarının Əl-Həssayna, digər adı ilə Əbu Şəriyə ailəsinin üzvlərinə aid olduğunu bildirib. Qalıqlar təxminən 986 gün dağıntılar altında qaldıqdan sonra 40 nəfərlik qrupun 17 günlük axtarışı nəticəsində çıxarılıb.

Fələstin rəsmilərinin məlumatına görə, 22 noyabr 2023-cü il zərbəsi zamanı üç yaşayış binası dağılıb və geniş ailənin 308 üzvü həlak olub. Dağıntılar altında qalan 153 nəfərdən 112-sinin qalıqları müəyyənləşdirilib. Mərasim Qəzza müharibəsi dövrünün ən böyük kütləvi dəfnlərindən biri kimi təqdim olunub.

“The Guardian” də dəfn olunanlar arasında qadın və uşaqların olduğunu yazıb.