“Neftçi” “Dinamo Minsk”ə uduzaraq Konfrans Liqası ilə vidalaşdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” Dinamo Minsk səddini keçə bilməyərək avrokuboklarla vidalaşıb.

147

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” II təsnifat mərhələsinin cavab oyununda Belarusun Dinamo Minsk klubu ilə qarşılaşıb.

MSNews.az xəbər verir ki, Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən cavab görüşü qolsuz bərabərliklə başa çatıb.

Bakıda oynanılan ilk matçda 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” iki oyunun nəticəsinə görə (2:4) mübarizəni dayandırıblar. Dinamo Minsk isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, “Neftçi” 2026/2027 mövsümündə UEFA Konfrans Liqasındakı çıxışını erkən başa vurub.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.