İlham Əliyev Berlində Frank-Valter Ştaynmayerlə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

121

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə təkbətək və geniş tərkibdə görüşlər keçirib.

MSNews.az xəbər verir ki, dövlət başçısı görüş üçün Berlində yerləşən “Villa Borsig” iqamətgahına gəlib. Prezident İlham Əliyevi Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qarşılayıb.

Azərbaycan Prezidenti iqamətgahda xatirə kitabını imzalayıb. Bundan sonra iki ölkənin dövlət başçıları arasında təkbətək görüş keçirilib.

Təkbətək danışıqların ardınca Azərbaycan və Almaniya nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutub. Rəsmi məlumatda görüşün müzakirə mövzuları və nəticələri barədə əlavə təfərrüat açıqlanmayıb.

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində daha əvvəl Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla da görüşmüşdü.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930