Araik Arutyunyan istefa ərizəsini yazdı

Ermənistan mediası baş nazir Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyanın istefa ərizəsi təqdim etdiyini yazır. Onu Lilit Makuntsun əvəzləyə biləcəyi bildirilir.

26

Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyanın tutduğu vəzifədən azad olunmaq üçün ərizə yazdığı bildirilir.

MSNews.az xəbər verir ki, məlumatı əvvəlcə Ermənistanın “ArmLur” nəşri yayıb. Xəbəri “Sputnik Ermənistan”, “News.am”“Armenia Today” də yerli mənbələrə istinadən təqdim edib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının mediaya verdiyi məlumata əsasən, Arutyunyan deputat mandatından imtina etməsi barədə ərizə təqdim etməyib. Bu isə onun yalnız hökumətdəki vəzifəsindən ayrılmağa hazırlaşdığına dair ehtimalları gücləndirib.

Baş nazir aparatının yeni rəhbəri vəzifəsinə əsas namizəd kimi Ermənistanın ABŞ-dəki keçmiş səfiri və Nikol Paşinyanın yaxın siyasi müttəfiqlərindən hesab edilən Lilit Makuntsun adı çəkilir. Makuntsun deputat mandatından imtina etdiyi də Ermənistan mediası tərəfindən açıqlanıb. Bununla belə, onun yeni vəzifəyə təyin olunacağına dair rəsmi qərar yoxdur.

Daha əvvəl yerli mətbuatda Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki qərargahının fəaliyyətindən narazı olduğu və qərargaha rəhbərlik edən Arutyunyanı dəyişdirməyi nəzərdən keçirdiyi yazılmışdı. Bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031